Afrin əməliyyatı plana uyğun gedir -

Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Afrin əməliyyatına dair Təhlükəsizlik toplantısı keçirilib.

Metbuat.az-ın məlumatına görə, iclasda PYD-YPG terrorçularına qarşı aparılan “zeytun budağı” əməliyyatlarının plana uyğun davam etdiyi diqqətə çatdırılıb.

Ərdoğan yazılı açıqlamasında qeyd edib ki, ordu Afrindəki hədəfləri dəqiqliklə müəyyən edərək məhv edir. Sakinlər arasında tələfatın qeydə alınmamasına xüsusi diqqət yetirilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR