Millimiz Gürcüstanla "sülh"ə razılaşdı

Millimiz Gürcüstanla "sülh"ə razılaşdı
21:48 23 Yanvar 2018
106 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan U-21 millimiz bu gün növbəti yoxlama oyununu keçirib.

Publika.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Gürcüstandan olan həmyaşıdları ilə üz-üzə gəlib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Bu, gənclərdən ibarət yığmamızın Antalyada 3-cü sınağı idi. Millimiz bundan öncə “Alanyaspor”un U-21 komandasını 3:1 hesabıyla məğlub etmiş, Albaniyanın U-20 millisinə isə 0:1 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu

23 yanvar

Azərbaycan (U-21) - Gürcüstan (U-21) 1:1

Azərbaycan: 1.Kamran İbrahimov, 20. Omar Buludov, 13. Murad Qayalı, 16. İlyas Səfərzadə, 21. Xəyal Nəcəfov, 8. İlkin Muradov, 7. Ehtiram Şahverdiyev, 18. Ülvü İskəndərov, 10. Elnur Cəfərov, 3. Anton Krivotçuk, 25. Murad Xaçayev

Ehtiyat oyunçular: 24. İsmayıl İbrahimli, 9. Fəhmin Muradbəyli, 5. Elvin Sərkərov, 14. Nicat Süleymanov, 19. Rafael Məhərrəmli, 17. Əsgər Hüseynov, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 12. Abdulla Seyidəhmədov, 28. Hacıağa Hacılı, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşkın


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/228750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR