Bakı Moskva ilə hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr üzrə danışıqlar aparır

Bakı Moskva ilə hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr üzrə danışıqlar aparır
22:27 23 Yanvar 2018
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr üzrə danışıqlar aparır, bu istiqamətdə heç bir məhdudiyyət yoxdur.
“Report” xəbər verir ki, bunu RİA "Novosti"yə Azərbaycan Prezidenti İlham Əliyev deyib.
"Bu, bizdə daim diqqət zonasında olan prosesdir. Hazırda danışıqlar gedir. Siz yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar istehsal olunur. Hazırda hansısa konkret ad çəkmək mənim üçün çtindir, lakin bütövlükdə bizim bu sahədə əməkdaşlığımız məhsuldardır", — deyə o, Ümumdünya İqtisadi Forumu kuluarlarında bildirib.
Prezident qeyd edib ki, Azərbycan Rusiya ilə 5 milyon dollarlıq müqavilə imzalayıb.
"Onların əksəriyyəti həyata keçirilib. Tədarüklər bizə çatıb. İndi əməkdaşlıq üzrə gələcək planlar üzərində işləyəcəyik. Azərbycanda və Rusiyada heç bir məhdudiyyət yoxdur", — deyə o bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/baki-moskva-ile-herbi-texniki-emekdasliq-sahesinde-yeni-muqavileler-uzre-danisiqlar-aparir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR