Ağsuda ahıl kişi özünü asdı

Ağsuda ahıl kişi özünü asdı
23:48 23 Yanvar 2018
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunda intihar hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu şəhərinin Nizami küçəsindəki 12 saylı mənzildə qeydə alınıb. Rayon sakini, 1951-ci il təvəllüdlü Abuzərov Ramiz Təvəkkül oğlu yaşadığı evin həyətindəki yardımçı tikilinin çardağından özünü kəndirlə asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/228762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR