Anders Samuelsen: "Münaqişənin tezliklə həllinə nail olmalıyıq"

Anders Samuelsen: "Münaqişənin tezliklə həllinə nail olmalıyıq"
23:57 23 Yanvar 2018
54 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsinə nail olmalıyıq".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Avropa Şurası Nazirlər Komitəsinin sədri, Danimarkanın xarici işlər naziri Anders Samuelsen Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun sualına cavabında bildirib

Onun sözlərinə görə, vətəndaşların Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən zərər çəkməsi təəssüf doğurur: "Azərbaycan və Ermənistanın beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdükləri öhdəliklərə əməl etməsi və bu münaqişənin sülh yolu ilə nizamlanması çox vacibdir. Mən bu istiqamətdə ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyirəm. Çünki ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm görüşlər keçirilir. Ona görə də bu səylərin tezliklə müsbət nəticələr verəcəyinə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə ümidvaram".

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/619179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR