İlham Əliyev Metyu Piqasla görüşdü - FOTO

İlham Əliyev Metyu Piqasla görüşdü - FOTO
00:08 24 Yanvar 2018
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Lazzard Freres” şirkətinin sədri və baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.

Publika.az xəbər verir ki, Metyu Piqas “Lazzard Freres” şirkətinin uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirdi. O, gələcəkdə ölkəmizdə yeni biznes layihələrində iştirak edəcəklərinə ümidvar olduğunu vurğuladı.

Prezident İlham Əliyev “Lazzard Freres” şirkətinin ölkəmizdəki fəaliyyətini müsbət qiymətləndirdi və onun Azərbaycanda gələcək fəaliyyətinin də uğurlu olacağına əminliyini ifadə etdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/228766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR