17 maşın toqquşdu: 18 yaralı

17 maşın toqquşdu: 18 yaralı
04:19 24 Yanvar 2018
115 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Almaniyanın Bavariya bölgəsinin şimalında 17 avtomobilin toqquşması nəticəsində 18 nəfər xəsarət alıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, zəncirvari qəza Braytengüsbax yaşayış məntəqəsi yaxınlığından keçən avtobanda baş verib. Məlumata görə, hadisə yeri yolun 400 metr hissəsini əhatə edib.   

 

İlkin məlumata görə, sürücülərdən birinin əyləcə qəfil basması qəzaya səbəb olub.

 

Xəsarət alanlardan iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/293040

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR