FES-in yeni rəhbəri təyin edildi

FES-in yeni rəhbəri təyin edildi
04:44 24 Yanvar 2018
99 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Senatı Cerom Paueli Amerikanın Mərkəzi Bakı hesab edilən Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsində təsdiqləyib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  sərmayəçi bankir Cerom Pauel əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb, 2012-ci ildən FES  İdarə Heyətinin üzvü olub.

 

Cerom Pauel FES rəhbəri vəzifəsində Canet Yelleni əvəzləyəcək.  

 

D.Tramp seçkiqabağı kampaniyası dövründə FES-i və şəxsən Canet Yelleni Barak Obama administrasiyasının təsirinə məruz qalaraq, baza uçot dərəcəsini süni şəkildə aşağı həddə saxlamaqda ittiham edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/293041

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR