Bakı. 24 yanvar. REPORT.AZ/ "Sevilya" ¼ finalda "Atletiko Madrid"i mübarizədən kənarlaşdıraraq futbol üzrə İspaniya Kubokunun ilk yarımfinalçısı olub.
“Report” xəbər verir ki, ¼ final mərhələsinin cavab qarşılaşması Sevilyadakı "Ramon Sançes Pisxuan" stadionunda keçirilib və ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sevilya" iki oyunun cəminə görə, "Atletiko" üzərində 5:3 hesablı inamlı qələbə qazanıb və yarımfinala çıxıb.
İspaniya Kuboku. 1/4 final. 2-ci matçı
"Sevilya" – "Atletiko M" - 3:1
Qollar: 1:0 – Eskudero – 1, 1:1 – Qrizmann – 13, 2:1 – Baneqa – 48 (pen), 3:1 – Sarabiya – 79.