Rumıniya prezidenti xarici ölkələrin səfirləri ilə görüşüb

Rumıniya prezidenti xarici ölkələrin səfirləri ilə görüşüb
05:17 24 Yanvar 2018
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Buxarest. 24 yanvar. REPORT.AZ/ Bu gün Rumıniya prezidenti Klaus İohannis Buxarestdə akkreditə olunmuş xaric diplomatik korpusun rəhbərləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, görüşdə çıxış edən Rumıniya prezidenti ölkəsinin ötən il əldə etdiyi uğurlar və qarşıdakı illərdə həyata keçiriləcək layihələr barədə diplomatlara məlumat verib.
Prezident Rumıniyanın xarici siyasətinin istiqamətləri barədə danışıb. Bildirib ki, ötən illərdə olduğu kimi, bu il də, xarici siyasətdə ABŞ-la strateji tərəfdaşlığın davam etdirilməsi, Avropa Birliyi və NATO ilə münasibətlərin möhkəmləndirilməsi yer alıb. K. İohannis Rumıniyanın Qafqazda və Mərkəzi Asiya regionundakı tərəfdaşları ilə da münasibətlərin inkişaf etdirilməsinə lazımi diqqət yetiriləcəyini də əlavə edib.
Ənənəvi olaraq hər il Buxarest şəhərində yerləşən prezident iqamətgahı Kotroçendə keçirilən görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov da iştirak edib.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/ruminiya-prezidenti-xarici-olkelerin-sefirleri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR