Çində yeni “Böyük sədd” tikiləcək

Çində yeni “Böyük sədd” tikiləcək
05:59 24 Yanvar 2018
81 Digər
Ölkə mətbuatı
A- A+

Çinin Sincan (Sintszyan) Uyğur Muxtar Bölgəsində yeni “Böyük sədd” inşa ediləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bölgənin rəhbəri Şokrat Zakir bildirib.   

 

Dövlət sərhədinin 5,7 min km hissəsində təhlükəsizliyin gücləndirilməsi ideyasını  Şokrat Zakir ekstremizm, separatçılıq və terrorçuluğun xaricdən ölkəyə “idxalı”nın qarşısını almaqla əlaqələndirib.

 

“Biz çalışacağıq ki, əsas sahələrin sosial müdafiəsi və təhlükəsizliyinin təmin olunmasında boşluqlar tam aradan qaldırılsın”, - deyə Şokrat Zakir Urumçidə keçirilən 13-cü Regional xalq konqresinin sessiyasında çıxışı zamanı bildirib.   

 

Ş.Zakir həmçinin təhlükəsizlik məqsədi ilə internet üzərində nəzarətin gücləndiriləcəyini bildirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/293043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR