Liviyada partlayışlar 33 can aldı

Liviyada partlayışlar 33 can aldı
07:29 24 Yanvar 2018
67 Digər
Ölkə mətbuatı
A- A+

Liviyanın Benqazi şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 33 nəfərə, yaralananların isə sayı 71 nəfərə çatıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində Liviyanın əks-kəşfiyyat rəisi general Mehdi Falah yaralanıb.  

 

Qeyd edək ki, Benqazinin Salman rayonunda 30 dəqiqəlik itervalla iki minalanmış avtomobil partladılıb.

 

Partlayışlar şəhərin ən böyük məscidinin qarşısında, dindarlar binadan çıxan zaman törədilib.

 

Ölənlər arasında Liviya ordusu komandanlığının istintaq şöbəsinin rəisi Əhməd əl Feytarinin olduğu bildirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/293045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR