Üç rayonda işıq pulu ödəməkdə PROBLEM

Üç rayonda işıq pulu ödəməkdə PROBLEM
08:14 24 Yanvar 2018
114 Digər
Ölkə mətbuatı
A- A+

“Azərişıq” ASC –nin mənzillərə quraşdırdığı SMART sayğaclarının proqram təminatında problemlər yaranıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi, Beyləqan və Füzuli  rayonlarının bir çox yaşayış məntəqələrində ödənişlərin SMART sayğaclarına yüklənməsi  mümkünsüz olub. Abonentlər SMART karta ödəniş edilməsi və sayğaca yüklənməsində çətinlik çəkirlər.

 

Hazırda sayğaclarda yaranan problemlər səbəbindən abonentlərin bəzilərinin mənzili işıqsız qalıb.  Ağdam Elektrik Şəbəkəsinin operatorları abonentlərin müraciəti əsasında hazırda sayğacların proqram təminatının yenilənməsini həyata keçirirlər.

 

“Azərişıq” ASC –nin  Ağcabədi Elektrik Şəbəkəsinin rəisi Şahid Tahirov APA-ya açıqlamasında bildirib ki, nasazlıqlar sonuncu dəfə quraşdırılan  İran istehsalı olan “PAUD RAAD”  SMART sayğaclarında müşahidə olunur. Onun sözlərinə görə, şəbəkənin əməkdaşları hazırda kəndlərdə yaranan problemin həlli ilə məşğuldur.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/293047

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR