Davosda “Bakı EXPO 2025”-in təqdimat mərasimi keçirilib

Yanvarın 23-də Davosda “Bakı EXPO 2025”-in təqdimat mərasimi keçirilib.

Dünya İqtisadi Forumunun keçirildiyi şəhərin müxtəlif guşələri “Bakı EXPO 2025”-ə həsr olunan poster və banerlərlə bəzədilib.

“Bakı EXPO 2025”-in Davosda keçirilən təqdimat mərasimi videoproyeksiyanın nümayişi ilə başlayıb.

Sonra çıxış edən “Bakı EXPO 2025”-in işçi qrupunun rəhbəri Elçin Əmirbəyov bildirdi ki, Ümumdünya Sərgisi Dünya İqtisadi Forumu kimi fikirləri bölüşmək üçün dünyanı bir araya gətirən vacib platformadır. “İnsan kapitalının inkişafı insanlara texnoloji və fərdi keyfiyyətləri yaxşılaşdırmaq imkanı verir”, - deyən işçi qrupunun başçısı vurğuladı ki, Azərbaycan Asiya ilə Avropa arasında körpüdür və qədim tarixə, zəngin mədəniyyətə malik ölkəmizdə son illərdə bir sıra dünya əhəmiyyətli tədbirlər keçirilib. Azərbaycan beynəlxalq mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi edib. Bu baxımdan “Bakıda EXPO 2025”-in keçirilməsi üçün hər cür şərait və infrastruktur var.

Daha sonra “Bakı EXPO 2025”-in təqdimatına həsr olunan film nümayiş etdirildi. Filmdə ölkəmizin tarixi, mədəniyyəti və ev sahibliyi etdiyi tədbirlər barədə geniş məlumat verildi.

Təqdimat mərasimi böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Azərbaycan milli pavilyonla ilk dəfə “Milan EXPO 2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin “Milan EXPO 2015”-dəki pavilyonunu sərgi günlərində ziyarət edən insanların sayı 3 milyondan çox olub. Türkiyədə təşkil olunan “Antalya EXPO 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycan milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən “EXPO 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.

Azərbaycan “Bakı EXPO 2025” sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR