Facebook-da tanış olduğu oğlana 20 min xərclədi:

İstanbulun Bağcılar rayonunda S.K. (33) açdığı saxta oğlan profili ilə təxminən 3 il boyunca Ş.Ö.-nü (35) evlilik vədi ilə aldadıb.

Metbuat.az xəbər verir ki, özünü Facebook-dakı şəxsin bacısı olaraq təqdim edib üz-üzə görüşdüyü Ş.Ö.-nün təxminən 20 min lirəsini alıb. Ş.Ö. 3 il sonra vəziyyəti başa düşüb, polisə şikayət edib. S.K. haqqında 12 ilə qədər həbs istəyi ilə cinayət işi açılıb.

İddianaməyə görə, S.K. adlı qadın gənc qızları aldatmaq məqsədi ilə oğlan fotolarıyla Facebook-da bir neçə saxta profil açıb. Ş.Ö. də "Kaan Yıldız" adındakı saxta Facebook səhifəsindəki fotoları bəyənərək dostluq istəyi yollayıb.

Bir-birlərinin telefon nömrəsini alıb Whatsapp-da yazışmağa başlayıblar. S.K. saxta profildən Ş.Ö.-yə evlənmək istədiyini yazaraq "Bacımla danışıb, onunla görüşə bilərsən" deyib. Sonra özünü "Kaan Yıldız"ın bacısı olaraq təqdim edib, Ş.Ö. ilə bir neçə dəfə görüşüb. S.K. görüşlərdən sonra Ş.Ö-yə "Bacım səni görüb, bəyənib. Ailə mənim üçün hər şeydən önəmlidir. Görüşmədən evlənsək, daha yaxşı olar" sözlərini yazıb.

S.K. müxtəlif cür yalanlarla Ş.Ö-yə 4 min 300 TL dəyərində telefon aldırıb,15 min 992 lirə pulunu alıb.

Bir müddət sonra S.K. Ş.Ö.-dən çılpaq fotolarını istəyib. Çılpaq fotolarını göndərən qız dəfələrlə şəkilləri vasitəsi ilə şantaja məruz qalıb.

İşi istintaqda olan S.K. evli və 2 uşaq anası çıxıb.//Milli.az

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR