"Real"dan "Mançester Yunayted"ə 30 milyon funt

"Real"dan "Mançester Yunayted"ə 30 milyon funt
14:37 10 Yanvar 2015
172 İdman
Ölkə mətbuatı
A- A+

"Real" (Madrid) klubu qapıçı karyerasının son illərini yaşayan İker Kasilyasa əvəzləyici tapıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi "Mançester Yunayted"in qolkiperi David de Xeanı transfer etməyi planlaşdırır.
 
"Kral klubu" artıq ispaniyalı qapıçı üçün "Mançester Yunayted"ə 30 milyon funt-sterlinq təklif edib. Lakin İngiltərə klubunun de Xeanı satmaq niyyətində olmadığı bildirilir.
 
Qeyd edək ki, de Xeanın "Mançester Yunayted"lə müqaviləsi 2016-cı ildə başa çatacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR