Kosmosa kabab göndərdilər

İsveçrənin Sürix şəhərində yerləşən "Ayverdi" adlanan restoran kosmosa ilk kababı göndərdiyini iddia edib.

Metbuat.az-ın xəbərinə görə, restoran bu iddiasını yayımladıqları video ilə də dəstəkləyib. Restoranı quran 3 qardaşdan biri Əli Ayverdi yerli mediaya açıqlamasında “Hava şarı ilə 3-cü sınaqdan sonra Weiningendən kosmosa, 37.795 m yüksəkliyə kabab göndərdik”-deyib.

Kosmosa göndərilən ilk kabab rekordunun qeydə alınması üçün Ayverdi, Ginnesin Rekordlar Kitabından məsul şəxslərlə əlaqəyə keçdiklərini deyib.

Facebook-da tanış olduğu oğlana 20 min xərclədi: Sevgilisi 2 uşaq anası çıxdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR