“Mehmetcik”dən düşmənə ağır zərbə - Strateji QƏLƏBƏ - VİDEO

“Mehmetcik”dən düşmənə ağır zərbə - Strateji QƏLƏBƏ - VİDEO
11:08 24 Yanvar 2018
109 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Afrin bölgəsində yanvarın 20-dən həyata keçirilən “Zeytun budağı” əməliyyatında Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusu (ASO) irəliləməkdə davam edir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Afrinin şərq cəbhəsin yerləşən strateji əhəmiyyətli Burseya dağına nəzarət tamamilə ələ keçirilib.

Burseya dağı Afrin mahalının mərkəzindən 16 kilometr məsafədə yerləşir. Dağ həmçinin Afrinin şərq cəbhəsində PYD (PKK terror təşkilatının Suriya qanadı - red.) terror təşkilatının ilk müdafiə xəttini təşkil edirdi.

Türkiyə Silahlı Qüvvələri və ASO gücləri qərb cəbhəsində də sürətlə irəliləyir. Əməliyyatın 3-cü Hatay vilayətinin Qumlu mahalının 12 kilometr şərqindən Afrinə daxil olan “Mehmetcik” qərbdə yeni cəbhə açıb. Afrinin Hatayla həmsərhəd mahalı olan Candarisin sərhəddə yerləşən Hamam kəndi Türkiyə ordusu və ASO tərəfindən ələ keçirilib. Beləliklə, “Mehmetçik şimalda 3, qərbdə 2, şərq cəbhəsində də 1 istiqamətdən terror təşkilatının nəzarət etdiyi ərazilərə daxil olub.

Türkiyə Baş qərargahının açıqladığı məlumata görə, əməliyyatın ilk 4 günündə 260 terrorçu öldürülüb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR