Ötən il Azərbaycanda yol qəzalarında 750 nəfər ölüb

Ötən il Azərbaycanda yol qəzalarında 750 nəfər ölüb
11:27 24 Yanvar 2018
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ "Son 5 ildə nəqliyyat vasitələrinin sayının ilbəil artmasına baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayı azalıb".
“Report”un xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.
O qeyd edib ki, ötən il respublika ərazisində baş verən 1833 yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb ki, bu da 2016-cı illə müqayisədə hadisələrin 8,6, həlak olanların 1,2, xəsarət alanların isə 14,2 faiz azalması deməkdir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/oten-il-azerbaycanda-yol-qezalarinda-750-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR