Gəncədə kütləvi davada 3 nəfərə xəsarət yetirənlər saxlanılıb

Gəncədə kütləvi davada 3 nəfərə xəsarət yetirənlər saxlanılıb
11:37 24 Yanvar 2018
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ Yanvarın 22-də Gəncə şəhəri ərazisindən 3 nəfərin xəsarətlə xəstəxanaya gətirilməsi barədə Nizami (Gəncə) Rayon Polis İdarəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilənlərin Şəmkir rayon sakinləri Orxan Rüstəmov, Orxan Rzazadə və Orxan Məmmədov olmaları müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Gəncə şəhər sakinləri Azər Məmmədov, Nicat Mustafayev, habelə hadisənin digər iştirakçıları İlkin İsmayılov, Fəxrəddin Məmmədov və Pərviz Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-kutlevi-davada-3-nefere-xesaret-yetirenler-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR