10 min nəfərin sürücülük hüququ məhdudlaşdırıldı

10 min nəfərin sürücülük hüququ məhdudlaşdırıldı
11:48 24 Yanvar 2018
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il respublika ərazisində baş verən 1833 yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb. Bu da 2016-cı illə müqayisədə hadisələrin 8,6, həlak olanların 1,2, xəsarət alanların isə 14,2 faiz azalması deməkdir.

Publika.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov əməliyyat müşavirəsində çıxışı zamanı deyib.

R.Zeynalov bildirib ki, bu gün ən müasir keşik avtomobillərinin, digər zəruri texnika və avadanlıqların imkanlarından yararlanan Dövlət Yol Polisi tərəfindən il ərzində 3,3 milyondan çox yol hərəkəti qayda pozuntusu, o cümlədən 9,4 minə yaxın nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi, 1,7 milyondan çox sürət həddinin aşılması, 140,5 min ötmə, manevr və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma qaydalarının pozulması, 135 minə yaxın yolayrıcını keçmə qaydalarının pozulması ilə bağlı fakt qeydə alınıb.

“Qayda pozuntularına görə 10 min 996 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb. Həmin inzibati xətaların 63,3 faizi xüsusi texniki vasitələrin köməyi ilə, qalanları isə “İ-patrul” sistemi vasitəsilə və əməkdaşlar tərəfindən aşkarlanıb. Yol polisinin əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində də fəal iştirak ediblər. Belə ki, onlar tərəfindən məlumat bazası ilə axtarışda olan 54 nəfər və 236 avtomobil saxlanılıb, polisin digər xidmətləri ilə birgə 40 kiloqramdan çox narkotik vasitə, 6 ədəd odlu silah aşkar edilərək istintaq orqanlarına verilib. Həmçinin, qeydiyyat-imtahan məntəqələrində avtonəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı axtarışda olan 27 şəxs və 9 avtomobil saxlanılıb, habelə 272 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Qaçırılmış və oğurlanmış 246 nəqliyyat vasitəsindən 227-nin “isti izlərlə” tapılması təmin edilib”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/228811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR