Rusiya Qara Qarayev sehrinə düşəcək

Rusiya Qara Qarayev sehrinə düşəcək
12:18 24 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Fevralın 5-də Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibətilə Rusiyanın Nijni Novqorod Filarmoniyasında ölməz musiqiçinin xatirəsinə həsr edilən konsert olacaq.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi məlumat verib.

Qeyd edək ki, konsertdə beynəlxalq mükafatlar və müsabiqələr laureatı Olqa Domninanın (fortepiano) ifasında Qara Qarayevin 24 prelyüdü, “Yeddi gözəl” baletindən fortepiano üçün süitası, habelə bəstəkarın oğlu Fərəc Qarayevin fortepiano üçün 2 nömrəli sonatası səsləndiriləcək.

Konsertdə Dmitri Şostakoviçin seçilmiş prelyüdləri də ifa ediləcək.

Ulucay Akif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/228812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR