“Ağıllı” “Philips” qulaqcıqlarının satışına başlanılıb

“Ağıllı” “Philips” qulaqcıqlarının satışına başlanılıb
12:35 24 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

“Philips” şirkəti insanlara gecə qarabasmalarını aradan qaldırmağa kömək edəcək “ağıllı” qulaqcıqları satışa çıxarıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Vistanews” resursuna istinadən yazır ki, Niderland şirkəti nümayəndələrinin sözlərinə görə, yeni texnologiya yuxuya, eləcə də insanların sağlamlığına müsbət təsir edir. Qurğu istifadəçinin yuxu göstəricilərini, qrafik və fəallığı izləyə bilir.

Bildirilir ki, “ağıllı” qulaqcıqlar nəfəsi, ürəkdöyünməni və orqanizm əzələlərinin fəaliyyətini izləməyə başlayan xüsusi bilərzik vasitəsilə yuxu mərhələlərini müəyyənləşdirir və sonradan müvafiq tövsiyələr formalaşdırır. Bunun üçün yalnız yuxuya getməzdən əvvəl məlumatları smartfona toplayaraq onları “Bluetooth” vasitəsilə ötürən xüsusi bilərziyi taxmaq tələb olunur. Bütün lazımi məlumatlar toplanıldıqdan sonra qulaqcıqlar istifadəçiyə dinlənilməsi yuxuya müsbət təsir göstərəcək musiqi siyahısı təklif edir.

Qiyməti 250 dollar təşkil edən yeni qurğu artıq ABŞ və Avropa ölkələrində, o cümlədən Rusiya, Ukrayna, Çin və Böyük Britaniyada rəsmən satışa çıxarılıb.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-52490-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR