"Sumqayıt" komandasının Antalyadakı ilk rəqibi dəyişib

"Sumqayıt" komandasının Antalyadakı ilk rəqibi dəyişib
13:57 24 Yanvar 2018
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində hazırlıq keçən “Sumqayıt” klubunun Polşa "Poqon"u ilə yoxlama görüşü baş tutmayacaq. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb "Poqon"un öncədən planlaşdırılmış matçdan imtinasıdır. 
Əvəzində "gənclik şəhəri" təmsilçisi Rumıniya "Konkordiya"sı ilə razılığa gəlib. Yanvarın 25-də “The Sense De Luxe” otelinin stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. 
Qeyd edək ki, 1957-ci ildə yaranmış “Konkordiya” Kyajna bölgəsini təmsil edir. Rumıniya yüksək liqasında 7-ci mövsümünü keçirən Yon Moldovanın komandası turnir cədvəlinin 12-ci pilləsində qarşılaşıb. "Konkordiya"nın daha əvvəl yanvarın 25-də "Neftçi" ilə qarşılaşacağı bildirilirdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-komandasinin-antalyadaki-ilk-reqibi-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR