Düşmən ordusunda ŞOK İTKİ: 531 əsgər öldü – İrəvanda ÜSYAN ÇAĞIRIŞI

Düşmən ordusunda ŞOK İTKİ: 531 əsgər öldü – İrəvanda ÜSYAN ÇAĞIRIŞI
14:38 24 Yanvar 2018
87 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan ordusunda 2010-2017-ci illər ərzində 531 itki qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Sülh dialoqu” ictimai təşkilatının hazırladığı hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, 7 il ərzində itkilərin 235-i döyüş şəraitində baş verib. 296 ölüm halı isə ordu daxili amillərlə bağlıdır. Bura qətllər, intiharlar, ehtiyatsız hərəkətlərə görə baş verən bədbəxt hadisələr, yararsız olanların orduya çağırılması kimi hallar daxildir. Statistikaya görə, qeyri-döyüş şəraitində qeydə alınan ölümlərin 56-sı qətl, 69-u intihar, 90-ı bədbəxt hadisə, 39-u sağlamlıq, 16-ı təhlükəsizlik qaydalarının pozulması, 9-u isə yuxarıların səhlənkarlığı ucbatından baş verib.

Bu hesabat erməni ictimaiyyətində ciddi rezonansa səbəb olub.

Erməni siyasi şərhçi Tevos Arşakyan qeyd edir ki, ordu daxilində baş verənlər daha çox ölümə səbəb olur, nəinki rəqibin gülləsi.

“Erməni anaya necə demək olar ki, sənin oğlun döyüşdə yox, komandir tərəfindən qətlə yetirilir, yaxud təhqirlərə dözməyərək, intihar edib?! Məhz bu hadisələrə görə erməni valideynlər övladlarının Qarabağa getməməsi üçün bütün vasitələrə əl atırlar. Ermənistan ordusuna rəhbərlik edənlər təkcə bacarıqsız deyil, həm də tamahkardırlar. Onlar üçün dövlətin ən əhəmiyyətli sosial institutu qazanc mənbəyinə çevrilib. Bu gün Seyran Ohanyanın, Manvel Qriqoryanın, Yuri Xaçaturovun, Seyran Saroyanın, Aykaz Baqmanyanın və digərlərinin Ermənistanın ən varlı adamları olması əbəs yerə deyil. Bu gün orduya paqonlu oliqarxlar nəzarət edir. Onlar ordunun əmlakını satırlar, gənc uşaqlar isə qeyri-döyüş şəraitində məhv olurlar. Seyran Ohanyanın vəzifədən gedəndə müəyyən ümidlər yaranmışdı, lakin Viqen Sarkisyan ondan daha pis oldu”, - deyə o bildirib.

Erməni şərhçi əhalini etirazlar etməyə çağırıb: “Övladlarımızın məhv olmasına göz yuma bilmərik, bu statistika sistemə qarşı çıxmağa əsas yaradır”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/228837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR