Ərəblər dəvələrinə botoks etdiribmiş - KURYOZ OLAY

Ərəblər dəvələrinə botoks etdiribmiş - KURYOZ OLAY
14:39 24 Yanvar 2018
72 Digər
Ölkə mətbuatı
A- A+

 

Səudiyyə Ərəbistanında dəvələrin “gözəllik” müsabiqəsində inanılmaz hadisənin üstü açılıb.

 

Lent.az “Sky News”a istinadən xəbər verir ki, müsabiqədə 12 dəvədə botoks aşkarlanıb. Həmin dəvələr yarışdan kənarlaşdırılıb.

 

Məlumata görə, Səudiyyə Ərəbistanında bu il keçirilən “əl-Məzayin” dəvə gözəllik müsabiqəsində iştirak edən təxminən 12 dəvə təşkilat komitəsi tərəfindən yarışmadan uzaqlaşdırılıb. Buna səbəb dəvələrin sahibləri tərəfindən botoksdan istifadə edilməklə “gözəlləşdirilməsi” və “daha cazibədar” edilməsi olub.

 

Qeyd edək ki, hər il keçirilən bu tədbir çərçivəsində dəvələrin “gözəllikləri”inin nümayişi ilə yanaşı, qaçış yarışları da təşkil edilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/293081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR