Dalaşdığı adamın qucağındakı uşağa yumruq atdı

Argentinanın Mendoza əyalətinə bağlı Palmira şəhərində yerləşən mağazaların birində iki nəfər arasında mübahisə düşüb.

Metbuat.az-ın məlumatına görə, əsəblərinə hakim ola bilməyən bir nəfər qarşısındakı şəxslə mübahisə edib və ona yumruq atıb. Sinirli adamın atdığı yumruq atasının qucağında olan hər şeydən xəbərsiz uşağa dəyib.

Hadisə təhlükəsizlik kameralarına düşüb.

Məlumata görə, uşağın çənəsi qırılıb, ancaq vəziyyəti yaxşıdır.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR