Azərbaycan millisinin UEFA Millətlər Liqasında rəqibləri müəyyənləşib

Azərbaycan millisinin UEFA Millətlər Liqasında rəqibləri müəyyənləşib
15:22 24 Yanvar 2018
105 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, püşk nəticəsində Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. 
Qurban Qurbanovun baş məşqçi olduğu komanda D Liqasında qrupuna düşüb. Rəqiblər isə  
D Liqası 
1-ci qrup: Gürcüstan, Latviya, Qazaxıstan, Andorra 
2-ci qrup: Belarus, Lüksemburq, Moldova, San Marino,
3-cü qrup: Azərbaycan, Farer adaları, Malta, Kosovo
4-cü qrup: Ermənistan, Lixtenşteyn, Cəbəllütariq 

İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqasının püşkatma mərasimi başlayıb. "Report"un məlumatına görə, tarixdə ilk dəfə keçiriləcək turnirdə Azərbaycan D Liqasında təmsil olunacaq. 
Qurban Qurbanovun baş məşqçi olduğu milli komanda bu liqada ən yüksək reytinqli komandaların yer aldığı birinci səbətdə yer alıb. 
Qeyd edək ki, püşkatma mərasimində Azərbaycanı AFFA-nın baş katibi Qurban Qurbanov, milli komandanın baş məşqçisi Qurban Qurbanov və AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla təmsil edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-uefa-milletler-liqasinda-reqibleri-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR