Salyanda iki gənc bıçaqlanıb

Salyanda iki gənc bıçaqlanıb
15:32 24 Yanvar 2018
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 24 yanvar. REPORT.AZ/ Salyan rayonunda iki gəncə bıçaqlanıb. 
"Report"un Aran bürosunun məlumatına görə, hadisə H.Əliyev prospektində baş verib. 
Belə ki, naməlum şəxs Salyan şəhər Ş.Hüseynzadə küçəsinin sakinləri, 1998-ci il təvəllüdlü Nurməmməd Telman oğlu Cəfərova 7, 1996-cı il təvllüdlü Toğrul İlham oğlu Abdullayevə 4 bıçaq zərbəsi vuraraq qaçıb. Hər iki yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada "Report"un yerli bürosuna verilən məlumata görə, hər iki gənc əməliyyat olunub: "Əməliyyat olunan gənclər reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri ağırdır".
Faktla bağlı araşdırmalara başlanılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-iki-genc-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR