Bakıda ağacların qəsdən qurudulması faktları aşkarlanıb

Bakıda ağacların qəsdən qurudulması faktları aşkarlanıb
16:37 24 Yanvar 2018
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Xətai rayonu, İnqilab İsmayılov küçəsi 6 ünvanında ağacların qəsdən qurudulması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ərazidəki yaşıllıq sahəsinin qəsdən qurudulması məqsədilə yaşköküstə 12-40 sm diametrində 6 ədəd müxtəlif cinsli ağacın naməlum şəxlər tərəfindən dib hissəsinin qazılaraq dizel yanacağının töküldüyü faktı aşkar olunub.
Faktla bağlı akt tərtib edilib və təqsirkarların tapılması üçün Xətai rayon Polis İdarəsinə müraciət olunub.
Sözügedən ağaclara zəruri aqrotexniki xidmətin göstərilməsi üçün ETSN tərəfindən Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/bakida-agaclarin-qesden-qurudulmasi-faktlari-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR