"Abşeronda soyuq hava dalğalarının sayı azalıb" - AMEA

"Abşeronda soyuq hava dalğalarının sayı azalıb" - AMEA
16:39 24 Yanvar 2018
49 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron yarımadasında 1991-2015-ci illərdə soyuq havadalğalarının orta sayında və davamiyyətində azalma müşahidə olunub.


APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsinin akademik - katibi, akademik Fəxrəddin Qədirov Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, Abşeron yarımadasında soyuq havadalğalarını səciyyələndirmək üçün meyarlar - sinoptik şərait, külək və havanın temperaturu işlənilib: "Eyni zamanda sərhəd göstəricilər - temperaturun 0 dərəcə selsi və daha az, şaxtalı dövrün iki gün və daha az olması müəyyən edilib. Bu dalğaları şərtləndirən sinoptik proseslər, onların təkrarlanması və davamiyyəti də öyrənilib. Araşdırmalar zamanı 1961-1990-cı illərlə müqayisədə 1991-2015-ci illərdə soyuq hava dalğalarının orta sayında və davamiyyətində azalmanın olduğu müəyyən olunub".


Akademik qeyd edib ki, Xəzər dənizindəki güclü zəlzələ ocaqlarının kinematik və dinamik parametrləri təyin edilərək onların dərinlik qırılmalarının seysmik aktiv hissələri və yatma elementləri dəqiqləşdirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/293095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR