ASK və Auditorlar Palatası maliyyə hesabatlarının hazırlanması ilə bağlı təlim keçirib

ASK və Auditorlar Palatası maliyyə hesabatlarının hazırlanması ilə bağlı təlim keçirib
16:42 24 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda təlim keçirilib. 
Bu barədə “Report”a ASK-dan məlumat verilib.
Təlimi “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi. şirkətinin Azərbaycandakı filıalının, “Deloitte & Touche”, “Praysvoterhauskupers Audit Azərbaycan” MMC-lərin, "Barattson School of Business & Finance" Tədris Mərkəzinin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri və Auditorlar Palatasının üzvləri təşkil edib. 
Təlimdə müxtəlif biznes strukturlarını təmsil edən 23 nəfər iştirak edib. Bu gün ASK-da onlara sertifikatların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə çıxış edən ASK-nın vitse-prezidenti Vüqar Zeynalov və Auditorlar Palatası sədrinin elmi motodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov iştirakçıları təlimi müvəffəqiyyətlə bitirmiş nümayəndələri təbrik ediblər və sertifikatlarını təqdim ediblər. Natiqlər təlimlərin keçirilməsində əsas məqsədin demokratik cəmiyyətin mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, yeni hesabatvermə formalarının tətbiqi, maliyyə hesabatlılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi və bu sahədə sahibkarlara öz töhfələrini verməkdən ibarət olduğunu vurğulayıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/ask-ve-auditorlar-palatasi-maliyye-hesabatlarinin-hazirlanmasi-ile-bagli-telim-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR