Yasamal sakininin mərc oyunlarında uduzduğuna görə intihar etdiyi ehtimal olunur

14:43 10 Yanvar 2015
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Yanvarın 8-də saat 12 radələrində Bakı şəhər sakini Kamran Ağayevin Yasamal rayonu ərazisində meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər təxirəsalınmaz prosessual hərəkətlər aparılmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilmiş, o cümlədən mərhumun ailə üzvləri və digər yaxın qohumları şahid qismində dindirilmişlər.

İlkin ehtimallara görə K.Ağayevin intihar etməsinə səbəb onun idman-mərc oyunlarında uduzması ilə əlaqədar maddi vəziyyətinin pisləşməsi olmuşdur. Lakin mərhumun intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində digər fərziyyələr ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR