Bu hamiləlik 1 saat çəkdi (FOTO)

Bu hamiləlik 1 saat çəkdi (FOTO)
14:51 10 Yanvar 2015
190 Sosial
Ölkə mətbuatı
A- A+

Amerikada maraqlı bir hadisə baş verib. ANS PRESS-in məlumatına görə, qarın ağrısı ilə xəstəxanaya gedən gənc qadın qucağında uşaqla oranı tərk edib.

23 yaşlı Ketrin Kropas 8 ay müddətinə hamilə olduğunu bilməyib. Qarnındakı ağrıların səbəbini bilmək üçün o bir necə saat ərzində testlərdən keçirilib. Nəticəni eşsidən qadın və 40 yaşlı iki illik sevgilisi də şoka düşüb. Hamiləlik xəbərini eşidəndən bir saat sonra isə o körpəsini dünyaya gətirib.

Doğulan körpə 4,5 kq, boyu isə 58 sm-dir. Ona Ellie adı verilib.

Qadının sözlərinə görə, başına gələnləri eşidənlər xəstəxanaya gələrək ona baş çəkir, şəkil çəkdirirlər.

"İndi biz qızım gəlişi münasibəti ilə parti edəcəyik. Hələ ki, tələsmək istəmirik".




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=318839

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR