Bizim üçün xüsusi hesabat

Bizim üçün xüsusi hesabat
14:56 10 Yanvar 2015
180 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Bankı (DB) Azərbaycan iqtisadiyyatı ilə bağlı xüsusi hesabat hazırlayıb.

ANS PRESS-in məlumatına görə, hesabatda deyilir ki, Azərbaycana özəl sektorda iş yerlərinin sayını artıran institusional islahatlar aparılır. Rəqabət mühitinin yaradılması daha çox vacibdir. Son illər Azərbaycan bu sahədə işlər görüb və Rəqabətlilik İndeksində 2011-ci ildəki 72-ci yerdən 2014-2015-ci ildə 38-ci yerə qalxıb.

Kasıblığın azaldılmasında və rihafın bölüşdürülməsində son illər Azərbaycanın uğurları iqtisadi imkanlara çıxışın verilməsindən daha çox, sosial ayırmaların, pensiyaların, maaşların artırılması hesabına olub. 2005-2013-cü illərdə məşğulluq 77-dən 74 faizə enib. Yəni işləmək istəməyənlərin payı artıb.

Son illər sosial ayırmalar və pensiyalar əhəmiyyətli artıb. Dünya Bankı tövsiyə edir ki, indi Azərbaycan daha da irəli getmək üçün insanları işləməyə həvəsləndirməyə fikir verməli və bu istiqamətdə səyləri artırmalıdır.

Hesabatda vurğulanır ki, 2007-2012-ci illərdə Azərbaycanda yoxsulluq 15,8 faizdən 6 faizə enib, eyni vaxtda işsizlik azalıb, 2012-ci ildən 5,2 və sonra daha aşağı faizə düşüb. Bununla belə yoxsulluğun və işsizliyin azalması kimi müsbət təmayüllərin indi yerində saymaq riski var. Risklərin əksəriyyəti iqtisadiyyatın daxili quruluşu ilə bağlıdır. Eyni vaxtda demoqrafik problem var. Əmək bazarına daxil olan gənclərin sayı sürətlə artır.

Hazırda neft gəlirlərinin azalması da riskləri gücləndirir. Buna görə institusional islahatlara ehtiyac var ki, bunun sayəsində özəl sektorda məşğulluq, işgüzarlıq rəqabəti artsın.

Hesabata görə, Azərbaycanda işsizlik azaldığı vaxt, məşğul əhalinin iş qabiliyyəti olan bütün əhaliyə nisbəti də azalır. İşçi qüvvəsinin bu iştirak payı 2005-ci ildə 83 faiz idisə, 2012-ci ildə 78 faizə düşüb. Bu iştirak payı azalmasa idi, işsizlik hazırda təqribən 5,2 faiz yox, 11 faiz olmalı idi.

Azərbaycanda məşğulluq kənd təsərrüfatı sahəsindən asılıdır. Məhsuldarlığı aşağı, artımı az olan kənd təsərrüfatı Azərbaycanda ən çox iş verən sahədir: burda bütün işləyənlərin 37 faizi çalışır. Bu qədər adamın işlədiyi kənd təsərrüfatı ölkənin Ümumi Daxili Məhsulunun cəmi 5 faizini təşkil edir.

Digər tərəfdən, mədən sənayesi ÜDM-un 40 faizini verir, ancaq burda bütün ölkədə işləyənlərin cəmi 1 faizi çalışır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=318877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR