İstanbulda bir gündə ikinci terror aktının qarşısı alınıb

İstanbulda bir gündə ikinci terror aktının qarşısı alınıb
14:57 10 Yanvar 2015
129 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulun ticarət mərkəzlərinin birində ikinci terror aktının qarşısını alıblar.
Trend-in şənbə günü "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, adıçəkilməyən ticarət mərkəzlərinin birində partlayıcı qurğu aşkar edilib.
Qəzet hadisənin təfərrüatları barədə məlumat verməyib.
 
Qeyd edək ki, bu gün Türkiyə təhlükəsizlik qüvvələri İstanbulun ticarət mərkəzlərinin birində terror aktının qarşısını almışdılar.
Dünən Türkiyə təhlükəsizlik qüvvələri terrorçu Kürd Fəhlə Partiyası (PKK) təşkilatı silahlılarının İstanbulun ticarət mərkəzlərinin birində terror aktı törətməyi planlaşdırdıqları barədə məlumat əldə ediblər.
 
Xüsusi əməliyyat çərçivəsində iki PKK silahlısı saxlanılıb. Onlardan partlayıcı qurğular aşkar edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR