"Fitch”: "Rusiyanın reytinqi “zibil səviyyə”sidir"

"Fitch”: "Rusiyanın reytinqi “zibil səviyyə”sidir"
14:59 10 Yanvar 2015
155 Dünya
Ölkə mətbuatı
A- A+

 “Fitch” agentliyi Rusiyanın suveren kredit reytinqini “BBB”-dən mənfi “BBB”yə endirib.

 

APA-Economics”in məlumatına görə, bu, “zibil səviyyə” adlanan sonuncu səviyyədir.

 

“BBB-“dən aşağı reytinqli ölkələr investisiya üçün yüksək riskli və təhlükəli hesab edilir.

 

“Fitch”in proqnozlarına görə, 2015-ci ildə Rusiya iqtisadiyyatında əvvəldən xəbər verildiyi kimi azalma 1,5% deyil, 4% olacaq. Ölkədə azalma ilə yanaşı, istehlakçı fəaliyyətinin və investisiya axınlarının da azalacağı gözlənilir. Habelə 8,5% inflyasiya ilə yanaşı, büdcə kəsiri ümumdaxili məhsulun (ÜDM) 3,7%-ni təşkil edəcək.

 

“Fitch”dəki reytinqin və proqnozun aşağı düşməsi Qərbin tətbiq etdiyi sanksiyalarla izah edilir. Buraya, xüsusilə, xarici kapital bazarına girişin məhdudlaşdırılması, o cümlədən, neftin qiymətinin aşağı düşməsi və Rusiya rublunun dəyərdən düşməsi aiddir.

 

Yeni ildə satışın ancaq 4 günündə dollar 5 rubl, avro isə təxminən 4 rubl bahalaşıb. Daxili anti-böhran tədbirləri də buna təsir göstərir, məsələn, əsas dərəcənin 17%-ə qədər artması. Bu haqda agentliyin saytında yerləşdirilən məqalədə qeyd edilib.

 

Həmçinin məlum olub ki, yaxın zamanlarda Rusiyanın suveren reytinqini “Standard & Poor’s” agentliyinin analitikləri nəzərdən keçirəcək. Növbəti aşağı addım isə zibil səviyyəsinə qədər düşmək deməkdir. Bu yaxınlarda Rusiya iqtisadiyyatı üçün defolt təhlükəsinə dair fikirləri “Bloomberg” agentliyinin analitikləri də səsləndiriblər. Onlar Rusiya qiymətli kağızları üzrə ödənilməmiş sığortanın dəyərinin artmasını qeyd ediblər. Beşillik dövlət istiqrazları üçün kredit-defolt “svop”ları 90-dan çox baza bəndi artıb. Rusiya Livan, Misir və Portuqaliya kimi spekulyativ reytinqi olan ölkələri geridə qoyaraq, defolt riskinə görə beşinci yerdədir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR