İŞİD-in pilotsuz təyyarə hücumu

İŞİD-in pilotsuz təyyarə hücumu
15:01 10 Yanvar 2015
212 Dünya
Ölkə mətbuatı
A- A+

İraq və Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşması Mosul ətrafında kürd silahlı dəstələrinin bazasını pilotsuz təyyarələrlə dağıdıb.

ANS PRESS-in məlumatına görə, İŞİD tərəfindən sosial şəbəkələrdə Mosul vilayətinin Sincar rayonunda kürd yaraqlılarının bazasına pilotsuz təyyarələrlə hücumun görüntüləri yayılıb. Pilotsuz təyyarə kürd yaraqlılarını müəyyən etdikdən sonra onlar İŞİD katyuşalarının, toplarının və tanklarının hədəfinə çevrilir.

Daha sonra suriyalı bir İŞİD üzvü kürd yaraqlılarının üzərinə bomba yüklü avtomobillə hücum edir. Əməliyyat zamanı Məsud Bərzaniyə və PKK-ya aid kürd yaraqlıları qətlə yetirilib. İŞİD üzvləri salavat çevirərək dua edirlər.

Hadisə zamanı 4 kürd yaraqlısı öldürülüb, 3 yaraqlı isə əsir götürülüb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318893

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR