Qaxda ana ölümü ilə bağlı cinayət işi başlanılıb

Qaxda ana ölümü ilə bağlı cinayət işi başlanılıb
15:08 10 Yanvar 2015
201 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İlkin İzzət/

Qax rayonunda ana ölümü ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, həmin faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət içi başlanıb. İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilib, o cümlədən müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Qax rayonu Almalı kənd sakini, 1978-ci il təvəllüdlü Qızbəs Həsənqulu qızı Ağayeva bu gün doğuşdan sonra Qax Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Q.Ağayeva yanvarın 9-dan 10-a keçən gecə hamiləlik sancıları ilə xəstəxanaya daxil olub. Bu gün səhər saat 9.00 radələrində ana təbii yolla doğuş keçirib və uşaq ölü doğulub. Doğuşdan bir saat sonra isə ana dünyasını dəyişib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2351798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR