Bakıda mərc ölüm gətirdi

Bakıda mərc ölüm gətirdi
15:11 10 Yanvar 2015
193 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş Prokurorluq yanvarın 8-də Yasamal rayonunda baş verən intihar hadisəsi ilə bağlı mətbuat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumatda bildirilir ki, yanvarın 8-də saat 12 radələrində Bakı şəhər sakini Kamran Ağayevin Yasamal rayonu ərazisində meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər təxirəsalınmaz prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilib, o cümlədən mərhumun ailə üzvləri və digər yaxın qohumları şahid qismində dindiriliblər. İlkin ehtimallara görə, K. Ağayevin intihar etməsinə səbəb onun idman-mərc oyunlarında uduzması ilə əlaqədar maddi vəziyyətinin pisləşməsi olub. Lakin intiharın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində digər fərziyyələr ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, yanvarın 8-də Yasamal rayonunda Mirzağa Əliyev 108 ünvanında sökülmüş evin otağında 1 kvadratmetr sahədə məişət tullantıları yanıb və 1 nəfərin yanmış cəsədi aşkar edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR