"OMD" müasirləşdi (FOTO)

"OMD" müasirləşdi (FOTO)
15:36 10 Yanvar 2015
666 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan ilk tibb müəssisə olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ("OMD" xəstəxanası) əsaslı təmirdən sonra tamamilə müasirləşdirilib.

ANS PRESS-in məlumatına görə, Pediatriya İnstitutu Azərbaycanda uşaqlar üçün ilk xəstəxana olub. Onu 1926-ci ildə əhalidən iyanə hesabına tikilməyə başlayıb. Tibb müəssisəsi 1922-ci ildən istifadəyə verilib. 1986-cı ildə Səhəiyyə Nazirliyinin göstərişilə Elmi-Tədqiqat Pediatriya İnstitutu adı verilib. 1992-ci ildə isə müəssisəyə Kübra Fərəcovanın adı verilib.
Əsaslı təmirdən sonra tibb müəssisəsindəki vəziyyəti öyrənmək üçün ora yollandıq. Xəstəxananın direktoru, Türk Dünyası Pediatriya Birliyinin prezidenti, baş pediatr, t.e.d, professor Nəsib Quliyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, hazırda xəstəxanada uşaqların müayinəsi və müalicəsi üçün lazım olan bütün tibbi avadanlıqlar, texnikalar var.

“Dövlət başçısının sərəncamı ilə Elmi-Tədqiqat Pediatriya İnstitutu 2013-cü ilin aprel ayından əsaslı təmirə başlayıb və 2014-cü ilin dekabr ayında təmir yekunlaşıb. Dövlət başçısının iştirakı ilə xəstəxananın açılış mərasimi keçirilib. Hazırda xəstəxanada 245 xəstə üçün çarpayı var. Pediatriya İnstitutunda 8 klinik şöbə və elmi tədqiqat bölməsi fəaliyyət göstərir. Burada 500-dən çox əməkdaş çalışır. Həkim və elmi işçilərin sayı isə 150-yə çatır”.

Baş həkim bildirdi ki, burada respublikada uşaqlar üçün ən böyük və hər bir tibbi təchizatla təmin olunmuş cərrahiyyə şöbəsi var. Burada respublikada ən ağır və mürəkkəb əməliyyat keçirilir: “Hazırda xəstəxanda 189 uşaq müalicə alır. Onlardan 56 xəstə reanimasiya və intensiv terapiya şöbəsində müalicə alır. Bu da Azərbaycanda ən böyük reanimasiya şöbəsi fəaliyyət göstərir. Müəssisənin reanimasiya şöbəsində əsasən problemlə, qüsurla doğulan uşaqlar yerləşdirilib. Bundan əlavə, ağır xəstələr də burada müalicə alırlar”.

Məlumat üçün bildirək ki, hər gün 100-ə yaxın uşaq institutun konsultativ poliklinikasında müayinə və müalicə alırlar. Xəstəxanada gündə 3 dəfə yemək verilir.

Nəsib Quliyevin sözlərinə görə, heç bir post sovet ölkələrində belə tibbi xidmət göstərən müassisə yoxdur: “Bir çox ölkələrdə səhiyyədə ancaq tibbi sığorta ilə tibbi xidmətlər göstərilir. Azərbaycanda isə bu sahidə xidmət dövlət hesabına göstərilir”.

Qeyd edək ki, xəstəxana 24 saat işıq, qaz, su və istilik sistemlərilə təmin olunub. Burada əsasən rayon və ucqar kəndlərdən gətirilən uşaqlar müalicə alır. Lakin paytaxtdan da instituta göndərişlə gələnlər var. Bura qeydiyyatda olan poliklinikadan alınan göndəriş əsasında müraciət olunur. Xəstəxanada həmçinin yeni doğulan uşaqlar üçün də gözəl şərait yaradılıb.

Xəstəxanadan çəkilən görüntüləri təqdim edirik:

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=318896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR