Arıqladığına görə 2500 funt qazandı

Arıqladığına görə 2500 funt qazandı
15:43 10 Yanvar 2015
232 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Məftun Salmanov/

"William Hill" bukmeker kontoru 2014-cü ilin sonunadək təqribən 32 kiloqram arıqlayacağına pul qoyan və bunu etməyi bacaran Patrik Barnsa 2500 funt-sterlinq ödəyib. Trend-in şənbə günü Rusiya KİV-ə istinadən verdiyi məlumata əsasən, ötən ilin əvvəlində 31 yaşlı britaniyalı arıqlamağına 100 funt qoymuşdu.

Həmin vaxt onun çəkisi 110 kiloqramdan çox olub. Bukmekerlər buna 26 əmsal vermişdilər. Belə ki, kontor bunun baş vermə ehtimalını 5 faizdən az dəyərləndirib.

P.Barnsın sözlərinə görə, motivasiya onun arıqlamasında əsas rol oynayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2351724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR