Zamiq: "Ailə qurmaq istəyirəm" - FOTO

Zamiq: "Ailə qurmaq istəyirəm" - FOTO
15:47 10 Yanvar 2015
415 Şou
Ölkə mətbuatı
A- A+

İlk evliliyi uğursuz olan müğənni Zamiq Hüseynov yenidən ailə qurmaq arzusundan danışıb. Milli.Az lent.az-a istinadən xəbər verir ki, ifaçı teleproqramların birində yenidən ailə qurmaq istədiyini bildirib: “Dostlar, tanışlar və evdəkilər də deyir ki, niyə evlənmirsən? Amma mən buna özümü, hələ ki, hazır hesab eləmirəm. Bilirsiniz, bu dəqiqə evlənim, amma o hislər yoxdur məndə. Arada deyirəm ki, gözüm qorxub, bir də səhv edərəm. Seçimlərimdə heç vaxt səhv etmirəm. Nə olursa, yaxşılığa doğru olur. Bu günə qədər həyatımda nə seçim olubsa, özüm razı olmuşam. Qorxuram ki, bir də ailə quraram, ilk evliliyimdə olan anlaşılmazlıqlar təkrarlanar. Hazırda elə bir adam yoxdur ki, onunla evlənim. Amma ailə qurmaq istəyirəm. Bu vacibdir. Amma bilmirəm ki, nə zaman evlənəcəm. Mənə elə gəlir ki, indi həyatımın ən gözəl anını yaşayıram”.

Qeyd edək ki, Z.Hüseynovun ilk evliliyi Nigar Rəfiyeva adlı xanımla olmuşdu. Lakin onların evliliyi 6 ay çəkmişdi.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.




Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR