Planetin ən qəribə 10 insanı (FOTO)

Planetin ən qəribə 10 insanı (FOTO)
15:51 10 Yanvar 2015
1332 Digər
Ölkə mətbuatı
A- A+

Planetin ən qəribə 10 insanının fotoları yayımlanıb.

ANS PRESS-in məlumatına görə, "Barcroft Media" agentliyi dünyanın müxtəlif yerlərindən olan ən qəribə insanlar haqqında fotoları dərc edib. 2014-cü ildə çəkilən fotolardan seçilən ən maraqlıları arasında dünyanın ən uzun qızı diqqət çəkir.

203 santimetr uzunluğundakı braziliyalı Elizani da Kruz Silva 162 santimetrlik bir gənc ilə nişanlıdır. Braziliyalı cütlüyün arasında 41 santimetr fərq var.

Cütlüyün birgə çəkdirdikləri fotolar onların arasındakı boy fərqini büruzə versə də bu, onların sevgisinə maneə olmayıb.





Genetik problemə görə, 27 yaşlı amerikalı Cena Briker ayaqlarsız doğulub. Körpənin əlil olduğunu görən valideynləri ondan imtina ediblər və Brikerov cütlüyü qızı övladlığa götürüb.Balaca yaşlarından gimnastikaya həvəsi olan Cenanı ailəsi idman məktəbinə yazdırıb. Ailənin bu qərarı həm Cenanın həyatında, həm də dünya tarixində bir yeniliyə səbəb olub. Cena 1996-cı ili Olimpiya oyunlarında qızıl medal qazanmış Dominik Helena Mosinu Kanalesə qibtə edirdi. Sonradan məlum olub ki, Dominik Cenanını doğma bacısıdır. Bu isə qıza gimnastika sahəsində müvəffəqiyyət qazanmağa kömək edib və o, yarışları qazanaraq ştatın çempionu olub.



8 yaşlı Kalim Şərqi Hindistanda doğulub. O, qeyri-adi böyük əlləri ilə diqqət çəkir. Hər əli 8 kiloqram çəkidədri və 33 santimetrə uzunluğa malikdir. Balaca Kalim ən sadə şeyləri belə əli ilə edə bilmir. Onun valideynləri aya cəmi 22 dollar qazanırlar və övladlarının xəstəliyini müalicə etməyə imkanları yoxdur. Həkimlər isə balaca oğlana dəqiq diaqnoz qoya bilmirlər.



Hindistanın Pəncab şəhərində yaşayan Avtara Sinqxanın başında 45 kiloqramlıq çalma var. Bu kişi hər gün böyük ənənəvi pəncab çalmasını başına taxır və şəhərdə bu cür dolaşır. Bu çalma isə "paqdi" adlanır. Baş geyimi 45 kiloqram çəkiyə malikdir və 645 metr parçadan ibarətdir. Əgər parçalar tam açılarsa, o zaman uzunluğa 13 olimpiya hovuzu qədər olacaq. Çalmanın başa dolanması 6 saata mümkün olmasına baxmayaraq 60 yaşlı hindu 16 ildir ki, bu çalmanı başında daşıyır. Avtara qapıdan keçmək, avtobusa minmək çətinlik yaratsa da bu baş geyimi sayəsində o, Pəncabın ən nüfuzlu insanlarından biri hesab edilir.



130-kiloqramlıq ABŞ-lı model Amanda Sule gəlirini balaca boy cırtdan kişilərdən qazanır. 2 metr hündürlüyündəki qadın qısaboy kişilərin məsum arzularını həyata keçirir. Müəyyən bir məbləğ müqabilində Amanda kişiləri qucağına qaldırır. Amma qadın heç bir intim münasibətə icazə vermir. Həmçinin Amanda kişilərlə gəzmək və ictimaiyyət arasında onların nüfuzunu artırmaq üçün razılıq da verir. Amanda model olmaq arzusunda olsada, onun qabaritləri buna imkan verməyib. Amanda balaca kişiləri qucağına alaraq çəkdirdiyi fotolarla şöhrət qazanmağı bacarıb.



Amerikal gənc Kaylu Consa Mardjori Makkul adlı 91 yaşlı qadınla sevgilidir. Cütlük 2009-cu ildə bir kitab mağazasında tanış olub. O vaxtdan onlar birlikdə yaşayırlar və bir-birlərini ruhən və qəlbən sevirlər. Aralarında 60 yaş fərq olmasına baxmayaraq tərəflər evlənmək niyyətindədir. Bəzi oğlanlar sarışınlara, bəziləri qara saçlılara, bəziləri də bu cür yaşlı qadınlara üstünlük verirlər.





7. Dünyada ən kök gəlin
Ayova ştatından olan Çariti Pirs 358 kiloqram çəkidədir. İri qabaritlərinə baxmayaraq qadın özünə yeni sevgili tapıb. Praktiki olaraq evdən çıxmağa imkanı olmayan qadın 3 il əvvəl ondan iki dəfə daha gənc bir oğlana aşiq olub. İndi onun 22 yaşlı adaxlısı Toni Zaueru Çaritini ağ gəlinlikdə görməyi arzu edir.





56 yaşlı Arlindo de Souza inanılmaz bədən quruluşu ilə hər kəsin diqqətini çəkməyi bacarıb. Braziliyalı kulturist bu işi kifayət qədər təhlükəli yolla edir. Tanınmış ulduz Arnold Şvarsneqerin pərəstişkarı olan Arlindo mineral yağlardan və alkoqollu kokteylər qəbul edir. Arlindo karikaturalardakı görüntülərə bənzər bədən quruluşana sahibdir. Bu cür görünmək isə ona əlavə güc verməyib. O yalnız adi çəkidə olan ağırlıqları qaldıra bilir.



Duq Sus planetin ən məşhur heyvan təlimçilərindən biridir. Dünyada heç bir insan başını ayının ağıza salmağa risk edə bilməz. Ancaq Yuta ştatında yaşayan Duq Sus 40 ildə 4 ayı əhilləşdirib. Bu heyvanlar daha sonra Hollivud filmlərində çəkilib və bir çox ulduzla bir filmdə iştirak edib.



2014-ci ilin iyulunda 6 yaşlı balaca Qaqanu Satişu cəmi 29 saniyəyə 70 metr məsafədə 39 maşının altından keçərək Ginessin Rekordlar Kitabına düşməyi bacarıb. O, bu addımı ilə öz doğma şəhərində məhşurlaşıb və onlarla uşağa idmanla məşğul olmağa ilham verib. Satişu artıq qarşısına yeni hədəf qoyub. O, 100 maşının altından keçməyi hədəfləyir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318889

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR