Sabah Parisdə dünya liderlərinin iştirakı ilə birlik marşı keçiriləcək

16:52 10 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 16:50 ]

Bakı – APA. Sabah Parisdə dünya liderlərinin iştirakı ilə birlik marşı keçiriləcək.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Rusiyanı xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

 

Birlik marşında həmçinin Türkiyə baş naziri Əhməd Davudoğlu, Ukrayna prezidenti Pyotr Poroşenko, Böyük Britaniya baş naziri Devid Kemeron və İtaliya baş naziri Matteo Renzi iştirak edəcəklər.

 

Qeyd edək ki, “Respublika marşı” bu ilin yanvarın 7-9-da Fransada baş vermiş terror aktları qurbanlarının xatirəsinə həsr olunacaq. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR