Tanınmış azərbaycanlı müğənni deputat olmaq istəyir?

Tanınmış azərbaycanlı müğənni deputat olmaq istəyir?
17:05 10 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Bu il deputatlığa namizədliyimi verməyəcəyəm”
Milli.Az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında əməkdar artist Tünzalə Ağayeva deyib.

Müğənni qeyd edib ki, bu il deputatlığa namizədliyini verməsi ilə bağlı xeyli təkliflər alır. Əməkdar artist bununla bağlı ona çoxsaylı suallar verildiyini söyləyib:

“Deputatlığa namizədliyimi verməyi düşünmürəm. Mən daha çox sosial-aktiv olmaq istəyirəm, nəinki siyasətə qatılmaq istəyirəm. İndiki vaxtda deputat olmaqla bağlı qətiyyən fikirləşmirəm. Gələcəkdə isə nəyin baş verəcəyini bilmirəm. Bəlkə beş ildən, bəlkə 10 ildən sonra, özümü cəmiyyətə deputat kimi xeyirli hiss etsəm, namizədliyimi də verəcəyəm”.

T.Ağayeva bəstəkar Elza Seyidcahanın deputatlığa namziədliyini verəcəyi məsələsinə də münasibət bildirib: “Əgər o, özünü cəmiyyətə xeyirli bir insan kimi görürsə və bu gücü özündə hiss edirsə, niyə də deputat olmasın? Allah onun köməyi olsun. Təki cəmiyyətə xeyir versin”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR