Moskvanın cənubunda 3 nəfər qətlə yetirilib

17:07 10 Yanvar 2015
147 Dünya
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 17:02 ]


Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında 3 nəfər qətlə yetirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qətl hadisəsi ötən gecə paytaxtın cənubunda baş verib.

 

Kaşir şosesi, 54 ünvanında yerləşən mənzildə üzərində zorakılıq əlamətləri olan 3 meyit aşkar edilib.

 

Qətlə yetirilənlərdən ikisi kişi, biri qadındır. Onların bıçaqlanaraq öldürüldüyü bildirilir.

 

Hüquq-mühafizə orqanları cinayəti törədən şəxslərdən birinin qadın və kişini qısqanclıq zəminində öldürdüyünü, daha sonra isə intihar etdiyini istisna etmirlər.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR