Moskvanın cənubunda 3 nəfər qətlə yetirilib

Moskvanın cənubunda 3 nəfər qətlə yetirilib
17:14 10 Yanvar 2015
135 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtında 3 nəfər qətlə yetirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qətl hadisəsi ötən gecə paytaxtın cənubunda baş verib.

 

Kaşir şosesi, 54 ünvanında yerləşən mənzildə üzərində zorakılıq əlamətləri olan 3 meyit aşkar edilib.

 

Qətlə yetirilənlərdən ikisi kişi, biri qadındır. Onların bıçaqlanaraq öldürüldüyü bildirilir.

 

Hüquq-mühafizə orqanları cinayəti törədən şəxslərdən birinin qadın və kişini qısqanclıq zəminində öldürdüyünü, daha sonra isə intihar etdiyini istisna etmirlər.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR