Arıqladığına görə 2500 funt qazandı

Arıqladığına görə 2500 funt qazandı
17:27 10 Yanvar 2015
147 Maraqlı
Ölkə mətbuatı
A- A+

"William Hill" bukmeker kontoru 2014-cü ilin sonunadək təqribən 32 kiloqram arıqlayacağına pul qoyan və bunu etməyi bacaran Patrik Barnsa 2500 funt-sterlinq ödəyib. Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata əsasən, ötən ilin əvvəlində 31 yaşlı britaniyalı arıqlamağına 100 funt qoymuşdu.

Həmin vaxt onun çəkisi 110 kiloqramdan çox olub. Bukmekerlər buna 26 əmsal vermişdilər. Belə ki, kontor bunun baş vermə ehtimalını 5 faizdən az dəyərləndirib.
P.Barnsın sözlərinə görə, motivasiya onun arıqlamasında əsas rol oynayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR