İslamı təhqir edəni qamçıladılar (VİDEO +18)

İslamı təhqir edəni qamçıladılar (VİDEO +18)
17:46 10 Yanvar 2015
194 Ölkə
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında blogger Raif Bədəvi İslam məhkəməsi tərəfindən ağır cəzalandırılıb.

ANS PRESS-in məlumatına görə, yazar İslam dinini tənqid və təhqir etdiyi üçün 10 il azadlıqdan məhrum edilib və min dəfə qamçılanacaq.

Məhkəmənin qərarı ilə 30 yaşlı bloggerə 20 həftə ərzində, cümə günləri 50 qamçı vurulacaq. Ona ilk cəzanı dünən cümə namazından sonra veriblər.

Raif Bədəvi məscidi həyətində insanların gözü qarşısında 50 dəfə qamçılanıb. Hadisə şahidlərindən biri olanları gizlincə çəkib. Sonradan həmin video sosial şəbəkələrdə və dünya mətbuatında yayılıb.

Baş verən hadisəyə ABŞ və digər ölkələr etirazlar ediblər. İsveçin xarici işlər naziri Marqot Valström hadisəni vəhşilik adlandırıb.

“Blogger Raif Bədəvi yazısına görə qamçılandı. Bu vəhşilikdir. Müasir dövrdə bu söz azadlığının boğulmasıdır”, - deyə Marqot Valström bildirib.

ANS PRESS bloggerin qamçılanma anlarını təqdim edir:



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR